1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Formula-1" Azərbaycan Qran-prisi zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yarış zonasına spirtli içkilərin, heyvanların (Fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla), su qablarının və hər növ içki qablaşdırmaları (Uşaq üçün olan və 500 ml qədər termoslar istisna olmaqla), qidaların, içkilərin (Uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah, digər qeyri-döyüş silah oxşarlarının, fişənglər, alovlandırıcılar, lazer işıqlarının, rolik, skeytbord, seqvey, velosiped, skuterlərin, soyuducu qutular (bərk və ya yumşaq), piknik üçün səbətlər, iri bel çantalarının, həmçinin təhqiredici bannerlər və əşyalar gətirmək qadağandır.
Həmçinin, tutacağı 1 metrdən uzun olmayan bayraqlar, çətirlərin, peşəkar video çəkən cihazlar, obyektivi 30 sm-dən böyük olan fotokameraların, provokativ rəmzlər və şəkillər; dini, siyasi ifadələr və şüarların, narkotik maddələr, reseptsiz psixotrop dərmanlar, meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (Fiziki məhdudiyyətlilər istisna olmaqla), dronlar və digər uçan cihazlar, zəhərlər, eləcə də toksik və alışqan maddələrin azarkeş zonasına gətirilməsi qadağandır.