AZ

“Belsat” TV-nin fəaliyyəti Rusiyada arzuolunmaz hal kimi tanınıb

Rusiya Baş Prokurorluğu Polşanın "Belsat" telekanalının (Belsat TV, Belarusian Satellite, Polşa) Rusiya Federasiyası ərazisində fəaliyyətini arzuolunmaz hesab edib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Belsat” Polşa Xarici İşlər Nazirliyi ilə Polşa Televiziya SC arasında müqavilə əsasında yaradılmış və onun vəsaitindən maliyyələşdirilən televiziya kanalıdır. Belarus, rus, ukrayna, ingilis və polyak dillərində gündəlik peyk və rəqəmsal formatda yayımlanan kanalın auditoriyası əsasən Belarus və Rusiyanın sakinləridir.

Telekanal Belarusda ekstremist qrup kimi tanınır və ölkədə fəaliyyəti qadağandır.

Baş Prokurorluqdan qeyd olunub ki, “Belsat”ın elan etdiyi əsas fəaliyyət istiqamətləri auditoriyaya dünyada baş verən hadisələrlə bağlı qeyri-obyektiv və müstəqil məlumatların əldə edilməsini təmin etməkdir. Təşkilat öz yaradıcıları və müəllifləri tərəfindən demokratik dəyərlərin təbliği və vətəndaş cəmiyyətinin inkişafı üçün müstəqil platforma kimi təqdim olunur: “Əslində əsas vəzifələrdən biri Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaq, ölkəmiz haqqında mənfi imici yaratmaq və Rusiya və Belarusun İttifaq Dövləti daxilində inteqrasiya proseslərini tənqid etməkdir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
ikisahil.az

2Mənbələr