AZ

İtaliya çempionu veteranlarını milli üzvü ilə əvəzləyir

A Seriyasının son qalibi "İnter" müdafiənin mərkəzini  yeniləməyi planlaşdırır.

Fanat.Az
xəbər verir ki, gələn mövsüm 37 Françesko Açerbi ilə 33 yaşlı Stefan de Vrijdən biri heyətdə yer almayacaq. 

İnformasiyanı "FcInterNews" yayıb.

Mənbənin məlumatına görə, “neradzurri” rəhbərliyi veteranlardan birini atalantalı gənc Corcio Skalvini ilə əvəzləmək niyyətindədir. 

Skalvini dekabrda 21 yaşını qeyd edəcək. Ulduz futbolçu son mövsümdə "Atalanta"nın heyətində 44 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
fanat.az

1Mənbələr