AZ

“Real” Bellingemin transfer qiymətini aşağı göstərib

“Real”ı “Borussiya”dan transfer etdiyi Jud Bellingemin qiymətini aşağı göstərib

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı ingiltərəli futbolçunun transferi Madrid klubuna 133,9 milyon avroya başa gəlib. “Real” isə bu rəqəmi 103 milyon kimi göstərib.

Oxşar vəziyyət “Tottenhem”dən Qaret Beylin transferi zamanı da yaşanıb. “Football Leaks” nəşri iddia edir ki, “Real” futbolçu üçün rəsmi 91 milyon avro yox, 100 milyon  ödəyib.

Bellingem 2023-cü ilin yayında “kral klubu”na keçib. O, ötən mövsüm 42 matçda 23 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
idmanxeber.az

1Mənbələr