AZ

Azərbaycanda elektrik avtomobillərinin inkişafı: Enerji doldurma stansiyalarının artan rolu

Bakı. Trend:

Azərbaycanda elektrik avtomobillərinin sayının artması iləyanaşı enerji doldurma stansiyalarının sayı da artırılır. Bakı vədigər böyük şəhərlərdə elektrik avtomobillərinin enerji doldurmasıüçün müxtəlif məntəqələr açılıb.

Trend ölkəmizdə enerji doldurma stansiyaları barədə araşdırmaedib.

Bu məntəqələr şəhər mərkəzlərində, ticarət mərkəzləri,hotellərin yanında və ictimai yerlərdə yerləşdirilir. Hazırda Bakışəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurmaməntəqələri fəaliyyət göstərir. Qarabağ və Şərqi Zəngəzurda isəFüzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələrquraşdırılıb.

Bu məntəqələr əsasən şəhər mərkəzlərində, ticarət mərkəzlərində,hotellərdə və ictimai yerlərdə yerləşdirilir.

Dövlət orqanları və özəl sektorun iştirak etdiyi layihələrvasitəsilə enerji doldurma infrastrukturu genişləndirilir. Dövlətindəstəyi ilə müxtəlif təşviqat proqramları həyata keçirilir. Enerjidoldurma məntəqələri yaşıl enerji ilə dəstəklənir.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlımüxtəlif layihələr həyata keçirilir. Günəş və külək enerjisilayihələri ilə enerji istehsalı artırılır, bu da şəbəkəyə daxilolan yaşıl enerjinin miqdarını artırır.

Bərpa olunan enerjidən əldə edilən enerjinin şəbəkəyəinteqrasiyasını asanlaşdırmaq üçün enerji şəbəkəsimodernləşdirilir. Bu, daha səmərəli və etibarlı enerji təchizatınıtəmin edir.

Elektrik avtomobillərinin istifadəsi və bərpa olunan enerjimənbələrinin artması ilə karbon emissiyalarının azaldılmasıməqsədini güdür. Bu, Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinəuyğun gəlir. Cari il üçün ölkə ərazisində 147 nöqtədə enerjidoldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və ŞərqiZəngəzurun payına düşür.

Enerjidoldurma məntəqələrinin qurulması, yeni iş yerləri yaradırvə enerji sektorunda investisiyaların artmasını təşviq edir. Bu,yerli iqtisadiyyatı gücləndirir.

Azərbaycan hökuməti yaşıl enerji strategiyası və “Yaşıl Enerji”proqramları çərçivəsində müxtəlif təşəbbüsləri dəstəkləyir. Buproqramlar vasitəsilə enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrinin inkişafı prioritet təşkil edir.

Enerji sektorunda müvafiq qanunvericilik aktları və qaydalar,enerji istifadəsinin optimallaşdırılması və yaşıl enerjilayihələrinin təşviqi məqsədini güdür. Elektrik avtomobillərininpopulyarlığının artması ilə enerjidoldurma məntəqələrinin sayıartacaq. Ölkəmizə elektromobil idxalı əhəmiyyətli dərəcədə artıb.Statistikaya nəzər salsaq görərik ki, 2024-cü ilin ilk 6 ayındaAzərbaycana 10 min 464 ədəd hibrid və tam elektrik avtomobil idxalolunub. 2023-cü ilin eyni dövründə Azərbaycana 679 milyon 509 mindollar dəyərində 44 min 937 min ədəd minik avtomobili, o cümlədən 8min 453 ədəd hibrid və tam elektrik avtomobil idxal edilmişdi.

Azərbaycanda enerji doldurma məntəqələrinin quraşdırılması,enerji istehsalının yaşıl və davamlı istiqamətdə inkişafını təminetmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini güdür. Busahədəki inkişaflar həmçinin ölkənin beynəlxalq enerjistrategiyalarına uyğun gəlməsini təmin edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
3
az.trend.az

4Mənbələr