AZ

“Real”da oynamaq üçün xarakter çox vacibdir, Arda fantastik gələcəyə doğru irəliləyir”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə millisinin və “Real"ın gənc ulduzu Arda Gülər barədə açıqlama verib.

Sportinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yarımmüdafiəçinin uğurla gələcəyə doğru addımladığını bildirib.

“Real”da oynamaq üçün xarakter çox vacibdir. Arda Gülər də xarakterini göstərir.

Yüksək səviyyəli oyunçudur. Onun üçün millidə oynamaq, Avropa çempionatı kimi böyük turnirlərə çıxmaq, ölkəni çiyinlərində hiss etmək çox vacibdir.

Ançelotti öyrənmək üçün böyük baş məşqçidir. Arda fantastik gələcəyə doğru irəliləyir.

“Real” dünyanın ən yaxşı gənc oyunçularını tapmaq və cəlb etmək üçün çox yaxşı iş görür”, - deyə Mourinyo müsahibəsində deyib.

Gülər ​​“Real Madrid”lə 16 matçda meydana çıxıb. O, ​​bu qarşılaşmalarda 6 qol vurub. “Kral klubu” ilə müqaviləsi 2029-cu ildə başa çatacaq Gülərin hazırkı transfer qiyməti 45 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
sportinfo.az

1Mənbələr