AZ

FSB britaniyalı diplomatların ölkədən çıxarılmasına münasibət bildirib

Federal Təhlükəsizlik Xidməti (FSB) Britaniya səfirliyinin nüfuzdan düşmüş əməkdaşlarının xarici agent QHT-lərin toplantılarına qatıldığını bildirib.

 

Oxu24.com xəbər verir ki,  FSB zabitinin sözlərini “İnterfaks” sitat gətirir.

 

Onun sözlərinə görə, diplomatlar miqrantların maraqlarının lobbiçiliyi ilə məşğul olan xarici agentlərin - QHT-lərin toplantısına getdiklərini təhlükəsizlik orqanlarından gizlətmək üçün dəfələrlə ictimai nəqliyyat və taksiləri dəyişiblər.

 

"Bəli, bu klassik Britaniya casusluğudur, izləmək əyləncəlidir, lakin artıq mümkün deyil",deyə o qeyd edib.

Onun sözlərinə görə, britaniyalılar bu fəaliyyəti dayandırmaq üçün göstərişləri qəbul etmirlər, ona görə də Rusiya Federasiyası altı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Sentyabrın 13-də məlum olub ki, Moskva Britaniya səfirliyinin casusluqda şübhəli bilinən altı əməkdaşını akkreditasiyadan məhrum edib. Qeyd olunur ki, bu qərarı Rusiya Xarici İşlər Nazirliyi FSB tərəfindən təqdim olunan sənədləri öyrəndikdən sonra, eləcə də Britaniya hakimiyyətinin “dost olmayan addımlarına” cavab olaraq qəbul edib.

Bundan əvvəl Britaniya Rusiyadan sanksiyaların götürülməsi şərtlərini açıqlamışdı.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
oxu24.com

1Mənbələr