Elmar Baxşıyevin «Araz-Naxçıvan»dakı taleyinə nə vaxt aydınlıq gələcəyi bilinib. Mart ayında görəvə gələn, iyunda sözləşməsi 1 il müddətinə uzadılan baş məşqçinin işini davam etdirib-etdirməyəcəyi ilk dövrənin yekunundan asılıdır. Klub rəhbərliyi ona bununla bağlı növbəti dəfə xəbərdarlıq edib. «Ağ-qırmızılar» 9 turdan sonra turnir cədvəlinin ilk dörd pilləsindən birində qərar tutmasa, Baxşıyevə «sən sağ, biz salamat» deyiləcək».
Muxtar Respublika təmsilçisi Premyer Liqada 4 qarşılaşma keçirib. 7 xal toplayan region komandası hazırda sıralamada dördüncüdür.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta