İsrailin Qəzzada Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid məktəblərə təşkil etdiyi hücumlarda ən azı 563 fələstinlinin həyatını itirdiyi bildirilib.
Bakupost.az xəbər verir ki, Qəzzada oktyabrın 7-dən müharibə davam edir.
Müharibə başlayandan bəri UNRWA məktəblərinə edilən hücumlarda ən azı 563 nəfər ölüb, 1790 nəfər yaralanıb.
Qəzza zolağındakı Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada Əl-Cauni məktəbinə hücumda aralarında qadın və uşaqların da olduğu 18 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilib.
Açıqlamada bunun İsrail ordusunun eyni məktəbə beşinci hücumu olduğu qeyd olunub.
Elnur
BakuPost