AZ

Üç mindən artıq şəhidimizin məlumatlarının Vikipediyadan silinməsi ilə bağlı ŞOK TƏFƏRRÜAT

“O şəhidlər arasında kifayət qədər medal qazanmış, hətta adına küçə olan polkovnik-leytenant rütbəli hərbiçilər var ki, onlar birbaşa olaraq ensiklopedik dəyərlərə cavab verən insanlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında vikipediyadan 3-mindən artıq şəhidin məqaləsinin silinməsi barədə danışan texno-bloger Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, ötən gün vikipediyada təxminən 3 min-dən artıq şəhidin məqaləsinin silinməsi məlum oldu:

“Burada kütləvi şəkildə həm birinci, həm ikinci Qarabağ müharibəsi, həm də aprel döyüşlərinin iştirakçılarının məqalələrindən söhbət gedir. Vikipediyada idarəçilərdən bir neçə nəfər heç bir əsas olmadan müzakirə edərək qərara gəliblər ki, Azərbaycan vikipediyasında şəhidlərimizin məlumatları artıqdır və heç bir endiklopedik dəyərlərə və meyarlara cavab vermir. Halbuki o şəhidlər arasında kifayət qədər medal qazanmış, hətta adına küçə olan polkovnik-leytenant rütbəli hərbiçilər var ki, onlar birbaşa olaraq ensiklopedik dəyərlərə cavab verən insanlardır. Bir neçə ildir ki, ölkəmizdə könüllü vikipediyaçılar tərərfindən yaradılan və xatirəsi əbədiləşdirilən şəhidlərin məqalələrini siliblər. Onlar bu məlumatların Azərbaycan vikipediyasında məlumat artıqlığı yaratdığını və qaydalara uyğun olmadığını deyirlər. Halbuki Azərbaycan vikipediyasında 200 mindən çox məqalə var idi”.

F.Pərdəşünas qeyd edib ki, bu məqalələr arasında kifayət qədər qeyri-ensiklopedik tanınmayan adamların, hətta hər yoldan keçənin məqaləsi var idi:

“Nə səbəbdənsə vikipediya idarəçiləri bu 200 min məqalə içərisində bu 3 min məqalənin artıq olduğunu düşünüb. Qeyd edim ki, bu bütün idarəçilərə aid deyil. Razı olmayan idarəçilərə də təzyiq göstəriblər və nəticədə belə qərara gəlinib ki, onlar öz qərarları əsasında bütün şəhid məqalələrini silsinlər. Bu da azmış kimi türkçə vikipediyada azərbaycanlı şəhidlərlə bağlı məqalələri taparaq, onları silinməyə namizəd səhifə kimi göstərirlər. Bunu niyə etdikləri hələ də məlum deyil və inzibatçılar tərəfindən ağlabatan açıqlama da verilmir. Düşünürəm ki, bu məsələ işıqlandırılmalıdır”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
yenicag.az

1Mənbələr