AZ

Avstriyada irqçilik, islamofobiya və antisemitizm zəminində cinayətlərin sayı artır

Avstriyada

Bakı, 13 sentyabr, AZƏRTAC

Avstriyada ifrat sağçı qüvvələrin mövqeyinin güclənməsi fonunda 2024-ci ilin birinci yarısında irqçilik, islamofobiya və antisemitizm zəminində cinayətlərin sayı artıb. AZƏRTAC xəbər verir ki, ORF ictimai telekanalının məlumatına görə, bu barədə Avstriya Xalq Partiyasından (OVP) daxili işlər naziri Gerhard Karner ona ünvanlanan parlament sorğusuna cavabında bildirib.

Karner qeyd edib ki, 2024-cü ilin birinci yarısında 556 cinayət qeydə alınıb, halbuki ötən ilin müvafiq dövründə onların sayı cəmi 386 olub. O əlavə edib: “Sağ ekstremist mənşəli cinayətlərdən 495-i sağçılar tərəfindən törədilib və 33-ü irqçi, 17-si antisemit, üçü islamofob zəminində baş verib”.

Nazir bildirib ki, hesabat dövründə 350-si kişi, 53-ü qadın olmaqla, ümumilikdə 403 nəfər polisə müraciət edib və qeydə alınan cinayətlərin 127-si internet üzərindən törədilib. Karner cinayətlərin sayında artımı qismən hökumət tərəfindən 2023-cü ildə qəbul edilmiş sağçı ekstremizmi qadağan edən qanunun sərtləşdirilməsi ilə əsaslandırıb.

Bu günə qədər OVP və Yaşıllardan ibarət hökumət Milli Şuranın 2021-ci ildə qəbul etdiyi qərara baxmayaraq, sağçı ekstremizmə qarşı milli Fəaliyyət Planını yerinə yetirməyib işə salmayıb. Nazir hesab edir ki, sağçı ekstremizmlə mübarizə aparmaq istəyən hər kəs ifrat sağçı Avstriya Sosial Demokrat Partiyasının (SPO) hökumətdə iştirakının qarşısını almalıdır.

Sorğuların nəticələrinə görə, respondentlər SPO-nu sentyabrın 29-na təyin edilmiş parlament seçkiləri ərəfəsində səsvermədə liderlik edən ifrat sağçı, irqçi partiya hesab edirlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
azertag.az

1Mənbələr