AZ

"Araz-Naxçıvan" autsayderə qarşı

Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
 
"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da yeni baş məşqçi ilə anlaşan "Kəpəz"i qəbul edəcək. Azər Bağırov "sarı-göylər"lə sabiq komandası Mərdəkan səfərindən əlidolu qayıtmağı planlaşdırırsa, Elmar Baxşıyevin yetirmələri uğurlu seriyanı davam etdirmək niyyətindədi.
 
Qeyd edək ki, Rəvan Həmzəzadənin idarə edəcəyi matçın start fiti 19:30-da səsləndiriləcək.
 
Misli Premyer Liqası
VI tur
13 sentyabr
19:30. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.VAR: Cavid Cəlilov.AVAR: Namiq Hüseynov.Hakim-inspektor: Anar Salmanov.AFFA nümayəndəsi: Eldəniz Musayev.Mərdəkan."A "Liv Bona Dea Arena".
 
Qeyd edək ki, turun digər görüşləri sentyabrın 14-15-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sport24.az

1Mənbələr