AZ

İsrailin BMT məktəblərinə təşkil etdiyi hücumlarda azı 563 fələstinli həlak olub

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) məxsus  məktəblərə təşkil etdiyi hücumlar nəticəsində azı 563 fələstinli həlak olub.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin sentyabrın 11-də yaydığı bəyanata görə, BMT-yə aid 190 obyekt və ya mərkəz İsrailin hücumları nəticəsində qismən və ya tamamilə dağılıb.
Agentliyin Qəzza üzrə rəsmisi İnas Hamdan yaşananların şokedici olduğunu deyib.
İnas Hamdan qeyd edib ki, müharibə başlayandan bəri Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) məxsus  məktəblərə edilən hücumlar nəticəsində azı 563 nəfər ölüb, 1790 nəfər yaralanıb.
İsrailin hücumları nəticəsində indiyədək 200 BMT əməkdaşının həyatını itirdiyini bildirən Hamdan  lazımi təhlükəsiz mühitin təmin edilmədiyi təqdirdə Qəzzada humanitar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.



Seçilən
59
trt.net.tr

1Mənbələr