AZ

Qazaxıstan müdafiə xərclərini 1,3 milyard dollar artıracaq

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın müdafiə xərclərinin 2025-ci ilə qədər 666 milyard təngəyə (1,3 milyard dollar) və ya ÜDM-in 0,68 faizinə çatacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, bu barədə “Kursiv” ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Lakin deputat Yermurat Bapi deyir ki, bu məbləğ ordunun döyüş hazırlığını artırmaq və ölkəni “proqnozlaşdırılan müharibəyə” hazırlamaq üçün kifayət etmir. Üçillik büdcə layihəsinin təqdimatı zamanı deputat Müdafiə Nazirliyinin büdcəsinin ÜDM-in 1 faizinə çatdırılmasını tələb edib. O, bunu regionda geosiyasi risklərin artması ilə əsaslandırıb. O, xüsusilə naməlum ekspertlərin 2030-cu ilə qədər qlobal münaqişənin ola biləcəyi ilə bağlı proqnozlarına diqqət çəkib.

“Ukraynada baş verənlər fonunda müdafiə xərclərimizə baxsanız, ayırmalar çox azdır. ÜDM-in yalnız 0,4 faizi (2025-ci il üçün) müdafiəyə ayrılacaq” deputat deyib.

Müdafiə nazirinin müavini Əsgər Beysenov ona cavab olaraq izah edib ki, ÜDM-in 0,44 faizi Müdafiə Nazirliyinin büdcəsi, 0,24 faizi isə dövlət müdafiə sifarişidir. Nəticədə 2025-ci ilə qədər nazirliyə ÜDM-in 0,68 faizi həcmində vəsait daxil olacaq.

Maliyyə nazirinin müavini Abzal Beysenbekulinin sözlərinə görə, gələn il Müdafiə Nazirliyinin xərcləri təxminən 100 milyard təngə artacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
hafta.az

1Mənbələr