AZ

"Təhlükəli tendensiyalar olacaq.." - POLİTOLOQDAN AÇIQLAMA

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və onun rəhbəri Samantha Power son bir il ərzində dəfələrlə Ermənistana səfər edib. Bu gün daha çox qlobal imperializmin rəngli inqilab ssenarilərinin müəllifi kimi tanınan USAİD Fondunun Ermənistana etdiyi maliyyə yardımını iki dəfə artırması təhlükəli planların xəbərçisidir.”

Bu sözləri News365.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.


“Qərb İmperializmi birbaşa Ermənistan əraziləri üzərindən Cənubi Qafqazda yenidən çaxnaşma yaratmağa çalışır. USAİD-in bundan əvvəlki fəaliyyətini, maliyyələşdirmə mexanizmlərinin məqsədlərini nəzərə aldıqda bu təhlükəli tendensiyanın və planın gedişini daha aydın görmək olur.

Bu gün Ermənistan, USAİD üçün hansısa bir əhəmiyyətə malik ölkə deyil və eyni zamanda ABŞ Ermənistanın hansısa təbii sərvətlərinə göz dikmiş bir vəziyyətdə görünmür. Burada söhbət Ermənistanı özünün plasdarmına çevirmək cəhdlərindən gedir.”



Müsahibimizin sözlərinə görə, yardım məbləğinin iki dəfədən çox artırılması təhlükəli tendensiyalardan xəbər verir.

“Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adı altındakı casus şəbəkəsinin fəaliyyətiylə paralel tandemdə USAİD-in Ermənistana etdiyi maliyyə yardımının həcmini iki dəfədən çox artırması bu təhlükəli tendensiyaları və planları növbəti dəfə ortaya qoymuş olur.”

Baş verən bu proseslərin Ermənistan və Rusiya arasındaki münasibətlərə zərər verməsi isə gözləniləndir.

“Bu gün aydın şəkildə görünür ki, Ermənistanla Rusiya arasındaki çartları daha da gərginləşdirmək, eyni zamanda bölgə ilə bağlı Ermənistanın vasitəsi ilə provokasiyalar etmək üçün USAİD və ona bənzər fondlar Ermenistandaki sorosçu hakimiyyət şirinikləşdirilməyə çalışılır. Bu plan Nikol Paşinyan hakimiyyətə gəlməmişdən öncə Sorosla Ermənistandaki istimai siyasi mühitin dırnaqarası inteqrasiyası prosesində baş verən bir hadisə idi. Bu gün USAİD-in Ermənistana maliyyə yardımını artırması heç şüphəsiz ki, Ermənistanın Rusiya ilə münasibətlərində problemlər yaradacaq və Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından da, Ermənistanın bu tip maliyyə yardımlarıyla qızışdırılmasını hesab edirəm ki, təhlükəli tendensiyalar olacaq.” – deyə açıqlamasında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
news365.az

1Mənbələr