Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər İttifaqının üzvləri “Boing”in müqavilə təklifini rədd edərək tətilə çıxıb.
İndex.az xəbər verir ki, bu səbəbdən “Boeing”in Sietldəki qərargahında istehsal dayandırılıb.
ABŞ-ın qərb sahilində 33 min “Boeing” işçisini həyata keçirdiyi tətil Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Assosiasiyası bölgəsində 2008-ci ildən bəri ilk tətildir.
Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər İttifaqının üzvləri əmək münasibətlərində islahatlar aparacağına söz verən “Boeing”in yeni baş direktoru Kelli Ortberqin sülh çağırışlarına məhəl qoymayıblar.