AZ

Karvahal "Real"la müqavilə müddətini uzatmaq istəyir

İspaniyanın "Real" klubunun müdafiəçisi Dani Karvahal Madrid təmsilçisi ilə müqavilə müddətini uzatmaq istədiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

32 yaşlı futbolçu heç bir Avropa klubunda oynamaq istəmədiyini və rəhbərliyin də razılaşacağı təqdirdə müqavilə müddətini uzatmaq arzusunda olduğunu bildirib.

Qeyd edək ki, İspaniya yığmasının üzvü 2013-cü ildən "Real"ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
bakivaxti.az

3Mənbələr