AZ

Xankəndiyə köç yeni başlayıb - Tural Gəncəliyev

Yazını böyüt
Yazını kiçilt

Uzun illərdən sonra Azərbaycanda keçirilən parlament seçkilərinin ilk dəfə bütün əraziləri əhatə etməsi və işğaldan azad olunan Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında uğurla başa çatması regionla bağlı yeni reallıqların dünya, beynəlxalq ictimaiyyətə növbəti təqdimatı ilə yanaşı mühüm mesajlarını vermis oldu. İşğaldan azad olunan ərazilərdə qurulan seçki məntəqələri dövlətin bərpa, əhalinin geriyə qayıdış proqramı, regionda sülhün əsas təminatçı rolunda çıxış etməsi, perspektivlərlə bağlı əsl həqiqətin nümayişi baxımından da müsbət hal kimi önə çəkilir. Müsahibimiz ilkin nəticələrə əsasən 122 saylı Xankəndi seçki dairəsindən bitərəf namizəd olan, seçkiyə qatılaraq qalib gələn Tural Gəncəliyevdir.

 - Xankəndi seçki dairəsindən seçkilərə qatılan namizəd olaraq seçicilərlə keçirdiyiniz görüşlər, əsasən, hansı məqamları ilə yadda qaldı? Necə hesab edirsiniz, perspektiv həmin bölgə və əhaliyə hansı təminatın və hansı məsələlərin həllini vəd edir?

- Ölkəmizin işğaldan azad olunan bütün ərazilərində, xüsusilə də Xankəndidə  də ilk dəfə olaraq seçki məntəqələri quruldu. Mən özüm fəxr edir və qürur hissi keçirirəm ki, belə bir gözəl tarixi zamanda parlament seçkilərində namizəliyimi irəli sürüb millət vəkili kimi seçildim. Işğaldan azad olunan bütün bölgələrdə - Qarabağda, eləcə də Xankəndidə çox intensiv yenidənqurma, bərpa işləri gedir. Əhali ilə iş prosesi, əsasən, insanların öz yurdlarına geriyə qaytarılması, evlərlə, iş yerləri ilə təmin olunması, öz mülklərinə sahib çıxmaları ilə bağlı aparılır. Seçicilərimlə məhz bu istiqamətdə mövcud olan məsələlər ətrafında görüşlər keçirir, söhbətlər aparırdıq. Seçicilərin əsas qayğıları, sualları, istəkləri böyük qayıdış proqramı çərçivəsində geriyə dönüb mənzillərlə, işlə təmn olunmaları ilə bağlı olur. Bu istiqamətdə intensiv işlər görülür, müvafiq müraciətləri dövlət qurumlarına ünvanlayırıq.

- İşğaldan azad olunan ərazilərdən seçilən deputatların əhali ilə aktiv təması və fəaliyyəti üçün qərərgahlar qurulması ilə bağlı işlər yerlərdə necə tənzimlənəcək?

- Təbii ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarından seçilmiş deputatların əhali ilə aktiv təması, fəliyyəti üçün müvafiq qərərgahlar, müvafiq yerlər ayrılmaldır ki, deputatlar həmin yerlərdə insanlarla görüşüb, işlərini qura bilsinlər. Yəqin ki, bu məsələyə də diqqət ayrılacaq.

- İşğaldan azad olunan ərazilərə köç edənlər olsa da, proses yeni başlayıb. Bu proses təmsilçisi olduğunuz rayon üzrə necə gedir?

- Azad olunan bir çox ərazilərə köç edənlər var. Xankəndidə bu proses yeni başlayıb və hesab edirəm ki, dövlətimiz bu məsələni böyük qayıdış proqramı çərçivəsində mərhələli şəkildə uğurla həyata keçirəcək. Bir milyona yaxın köçkünün mərhələli şəkildə geriyə qaytarılması sadə proses olmasa da düşünürəm ki, uğurla davam edir. Ümidvaram ki, bu proses tez bir zamanda başa çatacaq və insanların mülkiyyət, geri qaydış və məşğulluğu bərpa olunacaq.

- Ermənistan və havadarları qərəzli çıxışları ilə ölkəmizi hədəfə alıb. Bu dəfə Ermənistan parlamentinin spikeri erməni əhalinin Xankəndidən zorla deportasiya olunmasını bəyan edir. Bununla bağlı hansı faktları qeyd edərdiniz?

- Sülh prosesi ərəfəsində öz təqsirləri və öhdələrinə düşən məsuliyyətdən qaçmaq məqsədilə qarayaxma kampaniyası aparırlar. Ermənistan öz konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasının olduğunu bilə-bilə maddəni dəyişdirmək istəmir, əvəzində bəhanər uydurur. İndi də guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olduğunu bildirirlər. Bu, tam yalandır. Sadəcə olaraq bu, beynəlxalq praktikada, post-münaqişə dövründə destruktiv, praqmatik olmayan tərəflərin istifadə etdiyi ən lüzumsuz məqamdır. Qarşı tərəfin haqlı mövqeyini bilə-bilə heç bir arqumenti omadığı üçün müxtəlif bəhanələr uydurub danışıqlar prosesindən yayımaları ilə müşahidə olunur. Bu isə Ermənistanın praqmatik olmadığını, sülhün əldə edilməsini istəmədiyini göstərir. Ermənistan təklif edir ki, hansı məqamlar üzərində ilkin razılaşma varsa, digər məqamları kənarda saxlamaqla sülh məhz o məqamların üzərində bağlansın. Bu isə beynəlxalq münasibətlərdə absurddur. Sülh müqaviləsi bütün məqamlar saf-çürük ediləndən sonra bağlanmalıdır. Biz  Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını bir kənara qoyub sülh müqaviləsi bağlaya bilmərik. Ermənistan öz öhdəliklərini axıra qədər tam yerinə yetirməlidir. Sülh müqaviləsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından tam əl çəkməsi və digər öhdəlikləri, eləcə də Zəngəzur dəhlizinin açılmasından sonra imzalana bilər. Hələlik isə Ermənistan bəhanələr uydurmaqla məşğuldur. Bu, Ermənistana yaxşı heç nə vəd etmir.

Ümumiyyətlə, post-münaqişə dövründə gedən proseslər, Ermənistanın təxribatları, erməni siyasətçilərin lüzumsuz bəyanatarı, erməni havadarlarının, xüsusilə Fransa və Avropanın bəzi siyasətçilərinin Ermənistana göndərdiyi silahlar, yardımlar, təxribatlar qəbuledilməzdir və bu, bu ölkə üçün üçün ağır sutuasiyaya səbəb olur. Azərbaycan regionda öz missiyasını yerinə yetirib. Biz xalq, dövlət, lider olaraq bir yerdə öz hədəfimizə çatmışıq. İndi əsas məsələ Ermənistanın üzərinə düşür. Ermənistan regionda və geosiyasi məkanda daha ağır nəticələrlə üzləşmək  istəmirsə, Azərbaycanın xoş məramın qəbul edib öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Əks halda, sülh müqaviləsi Azərbaycan üçün əsas hədəf deyil. Azərbaycan onsuz da öz hədəfinə çatıb və bu yolda uğurla irəliləyir. Burada sülhü istəyən tərəf Ermənistan olmalıdır. Azərbaycan 30 il ərzində diplomatik müzakirələrə, danışıqlara açıq olub və prosesin sülhlə nəticələnməsi üçün 30 il səbrlə gözləyib. Azərbaycanın strateji üstünlüyü, iqtisadi inkişaf xətti, ordunun gücü, siyasi stabilliyi, xalqla liderinin əsas gücüdür ki, biz bunu artıq birlikdə həyata keçirmişik. Bundan sonra bütün məsuliyyət Ermənistanın üzərindədir. Ermənistan Azərbaycanın konstruktiv, praqmatik təkliflərini qəbul edib sülh müqaviləsini imzalayarsa bundan yalnız uda bilər. Məhz seçki məntəqələrinin işğaldan zad olunmuş ərazilərimizdə, eləcə də Xankəndidə qurulması Ermənistan üçün də haqqı tanıması, qəbul etməsi üçün nümunədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
hafta.az

1Mənbələr