AZ

Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

Rusiya casusluqda şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib

Bakupost.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 6 britaniyalı diplomatın akreditasiyasının casusluqda və milli təhlükəsizliyə təhlükə törətməkdə şübhəli bilinərək ləğv edildiyini açıqlayıb.

FSB-dən verilən açıqlamada, İngiltərənin beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi prosesini koordinasiya etdiyini göstərən bəzi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ələ keçirildiyi bildirilib.

FSB, həmçinin akkreditasiyası ləğv edilən britaniyalı diplomatların fotoşəkillərini dərc edib.


Elnur
BakuPost
Seçilən
45
bakupost.az

1Mənbələr