Bakının Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki həyətdən və bir fermadan ümumilikdə 75 baş qoyun və 30 baş keçinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 53 yaşlı E.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.