AZ

Endər Poladxanlı: “Var gücümüzü ortaya qoymalıyıq”

“Təlim-məşqimiz çox yaxşı keçdi”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun kapitanı Endər Poladxanlı deyib.

O, FIBA Çempionlar Liqasına hazırlıq məqsədi ilə həyata keçirdikləri təlim-məşq toplanışından danışıb. Poladxanlı bildirib ki, ağır məşqlər keçiblər: “Güclü rəqiblərə qarşı yoxlama görüşləri keçirdik. Komandamız 100 faiz olmasa da, 90 faiz Çempionlar Liqasının təsnifat mərhələsinə hazırdır. Bəzi məqamlar var ki, onlar üzərində işləməliyik. İnanıram ki, qalan 5 günə hazır olacağıq”.

O, təsnifat mərhələsində “Norçepinq Dolfins”lə qarşılaşacaqları matçı şərh edib: “Rəqibimizin bu il çox yaxşı heyəti var. Güclü oyunçulara sahibdirlər. Birinci oyun ən çətinlərdən biri olacaq. Çünki start oyunudur, həyəcan və s. hər şey olacaq. Ötən il seçmə mərhələyə keçəndə bu nəticəni heç kim bizdən gözləmirdi. Basketbolda hər şey olur. Komandamız yaxşı potensiala malikdir. İnanıram ki, şansımız çox yüksəkdir. Addım-addım irəliləməliyik. Çünki Avropa kubokunda qrup şəkıində idik və orada uduzmaq şansımız var idi. Lakin Çempionlar Liqasında pley-off sistemidir. Əgər uduzsaq, birinci oyundan hər şey bitəcək. Səhvə yol vermək olmaz, ilk matçdan sona qədər var gücümüzü ortaya qoymalıyıq. İlk matçımızın Türkiyədə olması yaxşıdır. Qardaş ölkədir və inanıram ki, orada bizə çox böyük dəstək olacaq. Orada özümüze evdəki kimi hiss edəcəyik. Ötən il Makedoniyada mübarizə aparanda dəstəyimiz yox idi”.

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində ilk matçına sentyabrın 17-də Bakı vaxtı ilə saat 17:30-da qarşılaşacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
79
idman.biz

1Mənbələr