AZ

Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Apellyasiya Məhkəməsində tələbə yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehdi Uğurun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, Mehdi Uğur təhsil aldığı "Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi" adlanan peşə liseyində dərslər arası fasilə zamanı tələbə yoldaşı Oruc Əhmədovun xahişi əsasında özünə məxsus elektron qəlyanı müvəqqəti çəkmək üçün ona verib. Dərs saatı başa çatanadək həmin qəlyanı ondan istəməsinə baxmayaraq, O.Əhmədov elektron qəlyanı qaytarmayacağını deyib. Bu sözdən əsəbiləşən M.Uğur üzərində gəzdirdiyi cib bıçağı ilə O.Əhmədova 3 zərbə vurub.
Hadisəni törətməkdə şübhəli bilinən M.Uğur polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Seçilən
393
50
oxu.az

10Mənbələr