AZ

Karvahal “Real”da qalmaq istəyir

“Real” müdafiəçi Dani Karvahalla yeni müqavilə bağlamaq istəyir. Madridlilərin kapitanı daha iki mövsüm doğma klubunda qalacaq.

Futbolinfo.az xəbər verir ki, sağ cinah müdafiəçisi aldığı təklifdən məmnundur: “Avropada başqa heç bir komandada oynamaram. Razılaşa bilsək, burada davam edəcəm. Zatən hər zaman yalnız bunu arzulamışam”.

32 yaşlı Karvahal “Real”da yetişib və karyerasını bu kluba həsr edib. O, yalnız bir dəfə Almaniyaya yollanıb. Amma madridlilər 2012-ci ildə 5 milyon avroya “Bayer”ə satdıqları yetirməsini bir il sonra 6,5 milyon ödəyərək geri qaytarıb.

Dani “Real”la razılıq əldə edə bilməsə, mövsüm bitən kimi ərəb ölkələrindən və MLS-dən aldığı çoxsaylı təkliflərdən birini dəyərləndirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
futbolinfo.az

1Mənbələr