“Real” Dortmund “Borussiya”sından aldığı yarımmüdafiəçi Çud Bellingemin transfer qiymətini aşağı salıb.Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun “kral klubu”na transferi onlara 133,9 milyon avroya başa gəlib, madridlilər isə bu məbləği 103 milyon göstərib.Bellingem ötən yay İspaniya nəhənginin sıralarına qoşulub. Ötən mövsüm 42 matçda iştirak edən 21 yaşlı futbolçu 23 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta