AZ

Estoniya Rusiya ilə sərhədin möhkəmləndirilməsini başa çatdırmaq üçün lazım olan məbləği müəyyən edib

Estoniyanın daxili işlər naziri Lauri Laanemets bildirib ki, ölkəsinin Rusiya ilə sərhədinin möhkəmləndirilməsini 2025-ci ilin sonuna qədər başa çatdırmaq üçün 40 milyon avroya ehtiyac var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Estoniyanın ERR yayım şirkəti məlumat yayıb.

Laanemetsin sözlərinə görə, bu məbləğ sərhəd infrastrukturunun tikintisinin başlanğıcında quraşdırılmış texniki həllərin yenilənməsi ilə bağlı xərclərdən ibarətdir. Sərhədçilərə sərhədi qeyri-qanuni keçidlərə operativ reaksiya verməyə imkan verəcək giriş yollarının və əlavə telekommunikasiya sistemlərinin tikintisini başa çatdırmaq üçün vəsait lazımdır.

Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Estoniya sərhəddə dronları aşkar edən və onların hücumlarını dəf edəcək pilotsuz təyyarələrə qarşı müdafiə sistemi yaratmaq istəyir.

Seçilən
138
operativmm.az

1Mənbələr