AZ

“COP29 Azərbaycana xarici investorları cəlb edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“COP29 şübhəsiz ki, çox önəmli tədbirdir. Dünyada çoxsaylı ölkələrin dövlət və hökumət rəhbərləri, nümayəndələri, enerji sahəsində fəaliyyət göstərən böyük investorlar, mühüm şirkət təmsilçiləri Bakıda olacaqlar. Bildiyimiz kimi bu gün dünyada maliyyə güclənməsinin əsas prinsiplərindən biri məhz xarici investorları cəlb etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

O bildirib ki, COP29 da bir çox mühüm məqamlardan xəbər verir: “Birincisi, xarici investorlar hər zaman etibar etdikləri ölkəyə gedirlər və böyük tədbirlər də məhz etibarlı ölkələrə həvalə olunur. Azərbaycan da COP29 kimi nəhəng tədbirə ev sahibliyi etməklə göstərdi ki, dünyada etibarlı və böyük tədbirləri keçirə biləcək ölkələrdən biridir. Belə olan təqdirdə bu gün gözəlləşən ölkəmizdə investisiyaları olan, enerji sahəsini yaxşı tanıyan Azərbaycan xarici investorlar üçün onsuz da cəzbedicidir. Lakin COP29-dan sonra gördüyümüz işlər, insanlara təklif olunan şəraiti gördükdən sonra şübhəsiz ki, xarici investor və böyük şirkətlərin nəzərində Azərbaycan yaxşı bir partnyora çevriləcəkdir.

İnvestisiya axını iqtisadiyyatımıza birbaşa müsbət təsir göstərəcək. Çünki Azərbaycan böyük iqtisadi potensiala sahibdir və Azərbaycanla iş birliyi edən ölkə və şirkətlər də mühüm qazanc əldə edəcəklər”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sia.az

1Mənbələr