Pirallahı Sənaye Parkında şəkəri təyin edən cihazlar, birdəfəlik üçkomponentli şprislər, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qida əlavələri və dərman vasitələri istehsal ediləcək. Bu barədə "Report” İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən yazıb.
Hazırda Parkda rezidentlər şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, Diabeton MR və s. məhsulların istehsalı həyata keçirilir. Növbəti mərhələdə onların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
Sənaye Parkında investisiya kapitalı 66 milyon manatdan artıq 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.
Ölkədə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq.
Zavodda 42 adda müxtəlif doza və qablaşdırma olmaqla 100 növ məhsulun istehsalı nəzərdə tutulub.
Aytac
www.anews.az