AZ

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü çatır.

 

Sfera.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

 

Onun sözlərinə görə, builki seçkilərin görünməmiş kənar müdaxilə fonunda keçirilməsi çox təəssüf doğurur. Bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.

 

"Çox təəssüf ki, minlərlə təhdid, şantaj eşidirik. Bütün bunların bir səbəbi var - Gürcüstan ikinci cəbhəni açmayıb ki, bu da bəzi konkret insanları əsəbləşdirir. Onlar ümid edirlər ki, seçkilərdən sonra ikinci cəbhə açmaq üçün yenə də öz agentlərini hakimiyyətə qaytara biləcəklər. Gürcüstan cəmiyyəti qanlı rejimin müəlliflərini hakimiyyətə qaytarmayacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Seçilən
176
sfera.az

1Mənbələr