AZ

Tramp Harrisi yıxıb-sürüdü: Döyüşü uduzandan sonra...

\"Bir boksçu döyüşü uduzduqda onun ağzından çıxan ilk söz \"revanş döyüşü istəyirəm\" olur\".

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə canlı debatdan sonra deyib.
 
Canlı yayımlanan debatda qalib gəldiyini iddia edən Donald Tramp daha bir debata qatılmayacağını açıqlayıb.
 
Sosial media platformasında bir mesaj paylaşan Tramp, daha əvvəl \"marksist\" olaraq xarakterizə etdiyi Harrisi debatda məğlub etdiyini ifadə edərək bunları deyib:
 
\"Bir boksçu döyüşdə uduzduğunda ağzından çıxan ilk söz revanş olur. Sorğular göstərir ki, mən Harrisə qarşı debatda açıq şəkildə qalib gəldim\".

ABŞ prezidenti Co Bayden və müavini Harrisin milyonlarla cinayətkarın və əqli cəhətdən qeyri-sabit insanın ölkəyə nəzarətsiz şəkildə axın etməsinə səbəb olduğunu müdafiə edən Tramp onların ölkəni məhv etdiklərini vurğulayıb:
 
\"İnflyasiya ilə orta təbəqəmizi iflasa uğratmaqla ölkəmizi məhv etdilər. Bu faktları hər kəs bilir. Bunlar Co (Bayden) ilə ilk debatda və yoldaş Harrislə ikinci debatda ətraflı müzakirə edilib
 
Harrisin Fox News kanalındakı debat proqramında iştirak etmədiyini, NBC və CBS kanallarında müzakirədən imtina etdiyini qeyd edən Tramp ona işlərində diqqətli olmasını tövsiyə edib:
 
\"Kəmalə son 4 ildə etməli olduğu işlərə diqqət etməlidir. Üçüncü debat olmayacaq\".

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azxeber.com

1Mənbələr