AZ

POLİQON hərbi-kosmik texnoloji jurnalının 4 (72) 2024 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının iyul-avqust 2024-cü il tarixli 4 (72) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında “Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təlimindən geniş reportaj, Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov və Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov ilə müsahibələr, ““Ground Technical Support” yeni modernləşdirmə layihəsini həyata keçirir”, “Sürü dron texnologiyaları”, “5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi”, “Hava təhdidləri “Polad Günbəz” ilə qorunacaq”, “Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür”, “Reaktiv mühərrikli təlim təyyarələri” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-kosmik texnoloji jurnalının yeni sayının elektron versiyası: https://heyzine.com/flip-book/2038f9ac53.html

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
poliqon.az

1Mənbələr