AZ

Anasını güllələdilər - Yuxuda olduğunu fikirləşib oyanmadı

Hadisə dünən səhər saatlarında Türkiyənin Konyaaltı səmtinin Hurma məhəlləsində, 252-ci küçədə yerləşən Atapark Residences C Blokunun 4-cü mərtəbəsində baş verib.   Manset.az türk mediasına istinadən xəbər verir ki, boşanma ərəfəsində olan və 3 aylıq həbs-qətimkan tədbiri seçilən Fadim Temirhanoğullarının həyat yoldaşı Savaş Temirhanoğulları saat 05:00 radələrində evə gəlib. Savaş Temirhanoğulları həyat yoldaşına tapança ilə 5 dəfə atəş açaraq qaçıb. Bu sırada otağında yatan cütlüyün qızı İ.T., silah səslərini eşidib oyanıb. 17 yaşlı qız kabus gördüyünü düşünərək yenidən yuxuya gedib. Lisey şagirdi İ.T., saat 08.30 radələrində məktəb yoldaşının telefon zəngi ilə oyanıb. Otaqdan çıxan İ.T anasının qan içində olduğunu görüb və evdən çıxıb qonşusunun qapısını döyüb. Qapını açan İ.T qonşusu ilə birlikdə evə qayıdan Berkan Torunoğluna vəziyyəti izah edib. Polis və sağlamlıq qrupları ünvana sövq edilib. Fadim Temirhanoğullarının cansız bədəni cənazə maşınına aparılaraq meyitxanaya aparılıb. Polis Kəmər rayonunda əyləncə mərkəzində gözətçi işlədiyi müəyyən edilən Savaş Temirhanoğullarını tutmaq üçün əməliyyata başlayıb. Təhlükəsizlik kamerası görüntülərini diqqətlə araşdıran Cinayət Bürosu qrupları, Savaş Temirhanoğullarının dostu F.İ.-nin maşını ilə Korkuteli mahalına getdiyini təyin etdi. Əməliyyatçılar Savaş Temirhanoğulları və dostu F.İ.-ni cinayət alətləri ilə birlikdə gizləndikləri yerdə tutublar.

 

Seçilən
131
manset.az

1Mənbələr