Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,76% artaraq 2 600 ABŞ dollarına bərabər olub. Beləliklə, qızıl fyuçersinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1,26% artaraq 30,4 ABŞ dollarına bərabər olub.
Gözəl Həşimova