AZ

Narkotikin təsiri altında avtobus idarə edən sürücü həbs olundu

Abşeron rayonunda marşrut avtobusunu narkotik maddələrinin təsiri altında idarə edən sürücü həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, dünən saat 15:00-da 1987-ci ildə Qazax rayonunda anadan olmuş B.C. polis əməkdaşları tərəfindən saxlanılıb.

B.C. idarə etdiyi "Daewoo BC212" markalı sərnişin avtobusu ilə hərəkətdə olduğu zaman yol polis əməkdaşı tərəfindən saxlanılıb. Yoxlama zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilib.

Bundan sonra yol polis əməkdaşları onu müayinə olunmaq üçün tibb məntəqəsinə aparıblar. Müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyənləşib. Sürücü müayinənin nəticəsi ilə tanış olub və buna etirazının olmadığını deyib.

Məhkəmənin qərarı ilə B.C. İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 aylıq həbs edilib.

Seçilən
70
7
hakimiyyet.az

7Mənbələr