AZ

"Meymunçiçəyi" virusu daha bir ölkədə aşkarlanıb 

Mərakeş Səhiyyə Nazirliyi ölkədə “meymunçiçəyi” virusuna yoluxma faktı barədə məlumat yayıb.Nazirlikdən verilən yazılı açıqlamada ölkədə ilk meymun çiçəyi xəstəliyinin aşkar edildiyi bildirilib. Açıqlamada xəstəliyə yoluxmuş şəxsin Mərakeşdəki tibb mərkəzlərindən birində müalicə aldığı, xəstənin səhhətinin stabil olduğu, narahatlığa əsas olmadığı, lazımi müalicənin aparıldığı və ona qapalı tibbi yardım göstərildiyi bildirilib.Qeyd edək ki, sözügedən virus siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın yayılması ilə nəticələnən ən mühüm səbəblərdir.İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.Qeyd edək ki, “meymunçiçəyi” virusu indiyədək Afrikanın 13 ölkəsində, həmçinin İsveçdə, BƏƏ-də, Pakistanda və Filippində aşkarlanıb./Azpolitika.infoBirinci məlumatlanmaq üçün facebook səhifəmizi

Seçilən
34
2
faktinfo.az

3Mənbələr