AZ

Azərbaycanda yaşamaq üçün gələn hindistanlıların sayı sürətlə artır - Özümüzə gün ağlayan lazımdır...

Son günlər sosial mediada Bakıya təşrif buyurmuş Hindistan vətəndaşları ilə bağlı bir neçə video yayılıb. Bunlardan birində bloger qadın Bakının Nizami küçəsində hindistanlıların sayının yerli adamlardan xeyli çox olmasından gileylənir. Rəy bölümündə şikayətçini dəstəkləyənlər tənqid edənlərdən daha çox olub. Yazanların əksəri hesab edir ki, Hindistan vətəndaşları Bakıda özünü adekvat aparmır. İkinci videoda isə cənub-şərqi Asiyadan gələnlərin otellərdən birinin hovuzuna paltarla daxil olduqları görünür. Kənarda dayanmış yerli adamlar buna biganə qalmır, etirazını bildirir.Bizimyol.info xəbər verir ki, Azərbaycanda hindistanlıların sayı sürətlə artır. Bunu təkcə müşahidələr demir. Rəsmi statistika da son bir ildə ölkədə əcnəbilərin ümumi payında ən çox Hindistan vətəndaşlarının sayının artmasının özünü göstərməsini bildirir. Son bir ildə 2,4 dəfə artımdan söhbət gedir. Hindistandan sonrakı yerləri Cənubi Koreya (2,2 dəfə), Çin (2), İspaniya (1,8), Qırğızıstan, Filippin, Qazaxıstan (hamısı 1,6) və Pakistan (1,5) tutur.Ümumiyyətlə, son bir ildə ölkəyə gələn əcnəbilərin 8,1 faizi Hindistan pasportu daşıyır. Cənub-şərqi asiyalılar bu statistikada yalnız Rusiya və Türkiyədən geri qalıb.Hindistan vətəndaşları Azərbaycana niyə gəlirlər?Əlbəttə, turizm məqsədi əhəmiyyətsiz deyil. Məhz bu niyyətlə gələnlər çoxdur. Amma daimi yaşamaq üçün bizim ölkəyə üz tutanlar da çoxalıb. Şəhərin mərkəzində Hindistan mətbəxini təmsil edən restoranlar bir-birini əvəz edir. Bu icmaya aid olan insanlar daha çox həmin restoranlarda toplaşırlar. Taksi sürücüləri arasında da hindistanlılar gözə dəyir. Bir sözlə, dünyada əhali sayına görə hamını geridə qoyan Hindistan vətəndaşları Azərbaycana həm də yaşamaq üçün gəlirlər.Çox həssas məsələdən söhbət gedir. Belə böyük axını tənqid etmək də olmur. Çünki azərbaycanlılar da başqa ölkələrə iş üçün pənah aparır. Məsələ orasındadır ki, bizim həmvətənlər daha çox işçi qüvvəsinə ehtiyac duyulan dövlətlərə gedirlər. Bizim ölkədə isə işsizlik onsuz da yüksək səviyyədədir. Əhalinin azı 40 faizi heç bir yerdə işləmir. Az qala bu qədər insan günəmuzd işləmək məcburiyyətində qalır. Bu tərəfdən də Hindistan kimi Asiya ölkələrindən iş üçün gələnlərin sayı artır. Bizim özümüzə gün ağlayan lazımdır. Burada nicat tapacağını düşünənlərin olması həm də ziddyyətli məsələdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
dia-az.info

1Mənbələr