AZ

Ərdoğanın Krım açıqlamasına Kremldən cavab

Krımın kimə aid olması mövzusu Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları kateqoriyasına aiddir. Rusiya öz nöqteyi-nəzərini izah etmək cəhdlərindən əl çəkmir.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada bizim fikirlərimiz fərqlənir, eyni zamanda, öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etmək üçün məqsədyönlü cəhdlərimizdən əl çəkməmişik. Ümid edirik ki, zaman keçdikcə bu, Ankaraya bizi daha yaxşı başa düşməyə, dəlillərimizi anlamağa və razılaşmağa imkan verəcək", - o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Krımın ilhaqını tanımadıqlarını və bu ərazinin Ukraynaya qaytarılmalı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
5
olaylar.az

6Mənbələr