Bu günlərdə həm İslam Respublikasını dəstəkləyən, həm də ona müxalif olan farsdilli media Azərbaycan və türklər əleyhinə məqalələrlə doludur.
Publika.az xəbər verir ki, bu fikirlər Güney Azərbaycanı təmsil edən dörd təşkilatın Zəngəzur yolu ilə əlaqədar rəsmi Tehranın apardığı təbliğata etiraz olaraq yaydığı birgə bəyanatda yer alıb.
"Güney Azərbaycan siyasi təşkilatları belə şəraitdə Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında Naxçıvana keçid yolunu açmağa tam hüququ olduğunu vurğulayırıq”, - bəyanatda bildirilib.