AZ

GÜNÜN QOROSKOPU: Sevdiyiniz insanla bağlı şübhələr yarana bilər...

Bakıvaxtı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında yaranan müəyyən anlaşılmazlıqlara rəğmən uğurlu gündür. Nailiyyətlər əldə edəcəksiniz. Enerjili, çevik olun. Həyata keçirilməyə layiq bir neçə ideya var. Dostlar da maraqlı təkliflərlə çıxış edəcəklər.

Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Yeni tanışlıqlar istisna deyil. Münasibətlərdə həssas və sayıq olun. Yaşam təcrübəniz karınıza gələcək. Emosiyaların əsiri olmayın.

Buğa - yetərincə sakit gündür. Son həftələrdə reallaşdırmağa çalışdığınız planları həyata keçirə bilərsiniz. Dostlar və yaxınlarınıza yardım üçün müraciət edə bilərsiniz. Çətinliklə qarşılaşdığınızı görən kimi onlar sizə dəstək olacaq, kömək edəcəklər. Xoş xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.

Günün ikinci yarısında işgüzar tərəfdaşlıq məsələlərini qeyri-formal şəraitdə müzakirə edə bilərsiniz. Axşam saatlarını evdə keçirin. Fiziki və emosional istirahətə ehtiyacınız var.

Əkizlər - mürəkkəb gündür. Əhəmiyyətli olay baş verməyəcək. Yeni təəssüratlara və pozitiv emosiyalara ehtiyacınız var. Qıcıqlanmayın, yaxın ətrafınızdakı insanlarla sərt danışmayın. Düşünülməmiş addımlar atmayın. Qəti qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün, daşının.

Günün ikinci yarısında təxirəslaınmaz tədbirlərə başlayın. Səbrli və ehtiyatlı olun.

Yaxınlarınızla münasibətlər mina sahəsini xatırladır. Partlayış hər an baş verə bilər və siz də səbəbi bilməyəcəksiniz. Dəyər verdiyiniz insanlar üçün ağrılı ola biləcək mövzuların müzakirəsindən yayının.

Xərçəng - günün ilk yarısı pis keçməyəcək. Qeyri-adi, gözlənilməz və ya xoşagəlməz heç bir hadisə baş verməyəcək. Yaxınlarınızın yardımlarınıza və emosional dəstəyinizə ehtiyacı var. Onlarla danışıqlardan, təmaslardan boyun qaçırmayın. Sizin üçün xoş olmayan mövzu müzakirə olunsa da, söhbətdən yayınmayın.

Günün ikinci yarısında nəzərdə tutulmamış səfər, səyahət ola bilər. Alış-veriş uğurlu alınacaq.

Axşam saatlarında səhhətinizə və xarici görünüşünüzə fikir verin. Sağlamlıq və profilaktiki prosedurlara zərurət duyulur.

Normal istirahət edin.

Şir - əlverişli və münasib gündür. Nəzərdə tutduğunuz işlər, hətta ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Kənar yardımlara ehtiyac duyulmur. Tamamilə yeni işə başlamaq olar. İnformasiyanın minimum həddə olması sizi narhat etməməlidir.

Günün ikinci yarısında aktiv olun, başladığınız işləri bitirin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Axşam saatları ümumi işgüzar və ya maliyyə maraqlarınızın olduğu insanlarla ünsiyyət üçün yaxşı vaxtdır. Sırf peşə fəaliyyəti ilə bağlı məsələnin müzakirəsində diqqətli olun.

Qız - ehtiyatlı və sayıq olun. Günün ilk yarısında münaqişə, gərginlik istisna deyil. Birmənalı olmayan zamandır. Dəyər verdiyiniz insanlarla münaqişə etməyin. Münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanların könlünü qırmayın.

Başqalarının işlərini müzakirə etmək çox təhlükəlidir. Sözlərinizə diqqət edin. Sirrlərinizi bölüşməyin.

Son həftələrdə sizi narahat edən problemi günün ikinci yarısında uğurla həll edə bilərsiniz. Parlaq ideyanın həyata keçirilməsi yaşamınızda ciddi dəyişikliklərin əsasını qoyacaq.

Fəal olun, süstlüyə qapılmayın.

Tərəzi - narahat, təbəddülatlı, amma maraqlı gündür. Rəğbət bəsəldiyiniz insanla münasibətlərinizdə səmimiyyəti artıra bilərsiniz. Yaranmış problemin həllinə yaradıcı yanaşın. Səhər saatlarında işlər yaxşı olsa da, sonradan axar dəyişir.

Kiçik problemlər əhvalı korlaya bilər. Bahalı və mürəkkəb texnikanın sıradan çıxması, dəyərli əşyanın itirilməsi riski var. Səliqəli və diqqətli davranın.

Gərginliyə qapılmayın. Stress, təbii ki, emosional və fiziki vəziyyətinizə mənfi təsir edir.

İstirahət etməyə, dincəlməyə vaxt tapın.

Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Bədxərclik etməyin, alış-verişdə pullarınıza düşmən kəsilməyin.

Əqrəb - Yalnız qaçılmaz zərurət yarananda borc götürün. Qəflətən sərtləşən məişət problemləri işdə müəyyən məsələnin həllinə mane olacaq. Sakit gündür. Enerjiniz çoxdur. Səylərinizi effektiv səmtə yönəldin. Günü bütünlüklə başqalarının problemlərinə həsr etmək yanlışlıq olardı. Belə davranış mütləq şəkildə inciklik və anlaşılmazlıqlara səbəb olacaq.

Günün ikinci yarısında yaxınlarınızın sizdən təvəqqe etdiyi işi yerinə yetirməklə yardımları sonuclandırın. Sentimental olmayın. Əks təqdirdə sevdiyiniz insanı təəccübləndirə bilərsiniz.
 

Oxatan - Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Ağır və məşəqqətli iş perspektivi varsa belə, geri çəkilməyin. Ruhdan düşməyin.

Yaxın ətrafınızdakı insanların öz problemlərinin çözümünü sizə həvalə etmələrinə imkan verməyin. Sizin hesabınıza işlərini həll etmək istəyənlərin sayı az deyil.

İşgüzar görüşlər yaxşı nəticə verəcək. Seminar, konfrans və ya toplantıda iştirakda fayda var.

Günün ikinci yarısında alış-verişdə pul xərcləmək istəyi çox güclü olsa da, hisslərinizə hakim olun. Gözəl, amma gərəksiz əşya almayın. Qənaətlə davranın, bədxərclik etməyin. Axşam saatlarında aktiv istirahət edin.

Oğlaq - səhər saatlarında yaranan çətinliklərin öhdəsindən sürətlə gəlin. Problemləri tez çözün. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Pis gün deyil. Bir zamanlar dəyər verdiyiniz və ya rəğbət bəslədiyiniz insanla qəfil görüş ola bilər.

Günün ikinci yarısında xatirələr sizi təbdən çıxara bilər. Özünüzü ələ alın.

Səfər və ya səyahət istisna deyil. Bir neçə saatlıq yoldan sonra da ciddi yorğunluq hiss etməyəcəksiniz.

Axşam saatlarını açıq havada keçirin.

Dolça - günün ilk yarısından etibarən işlər pis alınmayacaq. Əsas məsələ odur ki, emosional fon stabil olmayanda münaqişə yaratmayın. Qıcıqlı davranmayın. Qohumlarınız və ya ailə üzvlərinizdən biri barədə xəbər sizi sevindirəcək.

Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq. Buna görə bir zamanlar yaxşılıq etdiyiniz insana minnətdarlıq edin.

Günün ikinci yarısında aldığınız məlumatlar pis olmayacaq. Şəxsi münasibətlərlə bağlı təcrübəniz zənginləşəcək. Həmin təcrübə az sonra karınıza gələ bilər.

Axşam saatları alış-veriş üçün münasibdir.

Balıqlar - insanlara həddən artıq inanmayın. Fırıldaqçılar və saxtakarlar etimadınızdan sui-istifadə etməyə çalışacaqlar. Sevdiyiniz insanla bağlı şübhələr yarana bilər. Həmin şübhələrin nə dərəcədə əsaslı olduğu bir qədər sonra bilinəcək. Ona görə özünüzə və dəyər verdiyiniz insana əzab verməyin.

Günün ikinci yarısında yaradıcı potensialınızın səviyyəsi yüksək olacaq. Maraqlı işlə məşğul olsanız, pozitiv emosiyaların sayı az olmayacaq.

Maraq və məqsədlərinizi bölüşəcək insanla tanış ola bilərsiniz.

Seçilən
157
50
bakivaxti.az

10Mənbələr