AZ

AŞPA payız sessiyasında Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmağa hazırlaşır

Hüquq müdafiəçisi: “Avropa Parlamentində, ABŞ Konqresində də dinləmələr olacaq”Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə Azərbaycanda insan hüquqlarının vəziyyəti məsələsinin salındığı bildirilir.Sessiyanın ilk günü, sentyabrın 30-dakı gündəliyə “”Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” təcili prosedur debatı” daxil edilib.Sentyabrın 13-də Avropa Şurasındakı mənbələrinə istinadən məlumat yayan “Turan” yazır ki, əgər gündəlik təsdiqlənsə, oktyabrın 3-də mövzu üzrə müzakirələr başlayacaq:“Müzakirələrin yekunlarına görə Avropa Şurası Nazirlər Komitəsinin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə Azərbaycana qarşı görüləcək tədbirlər haqqında tövsiyələri qəbul ediləcək”.Həmçinin, sessiyada Vatslav Havel Mükafatının da təqdim ediləcəyi gözlənilir. Mükafata 3 namizəddən biri həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur.Azərbaycan-AŞPA münasibətlərində gərginliyin yeni mərhələsi rəsmi Bakının bu ilin yanvarında ölkənin nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasının lehinə səs vermiş deputatların ölkəyə gəlməsinə qadağa tətbiq etməsindən sonra baş verib.Sentyabrın 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev İtaliyada demişdi ki, Azərbaycan təşkilata qayıdandan sonra AŞPA üzvlərinə qoyulan qadağa ləğv ediləcək.Prezident İlham Əliyevin fikrincə, bu ilin yanvarında AŞPA “qırmızı xətt”i keçib:“Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti. Foto: “Azərtac”“Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, – deyə Prezident əlavə edib.Ardınca, sentyabrın 10-da Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe Bakını Avropa Şurasını “şantaj etməyə” deyil, bu təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyə çağırdı.Özünün “X” səhifəsində yazan Frank Şvabe “Azərbaycan Prezidentinə kim məsləhət verir?” – deyə sual edərək bildirmişdi ki, Avropa Şurası Parlament Assambleyasını, şübhəsiz ki, şantaj etmək olmaz:“Şərtlər aydındır. Azərbaycan Parlament Assambleyasının bütün qaydalarına hər hansı bir şərt qoymadan əməl etməlidir. Siyasi məhbuslar azad edilməli, Azərbaycan İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlıq etməlidir və təbii ki, giriş qadağası olmamalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
anaxeber.info

6Mənbələr