AZ

“Zəngəzur dəhlizinə mane olan tək dövlət İrandır” - FAKT BUDUR!

“Məlumdur ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin sülh sazişinin xaricində qalması ilə bağlı razılaşıb. Bu, ona görə edildi ki, sülh sazişinin imzalanmasının sürətləndirilməsi mümkün olsun. Çünki bu məsələ mətndə qalsaydı, sülh sazişinin imzalanması çətinləşəcəkdi”.Bunu TNS-ə politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.O qeyd edib ki, Azərbaycanın əsas tələbi gündəmdədir: “Bu, Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. Bu istiqamətdə Azərbaycanın tələbləri daim səslənir. Ermənistanın Baş naziri Nikol Paşinyan da başa düşür ki, kontitusiya dəyişikliyini mütləq etməlidir”.Zəngəzur dəhlizinə gəlincə, politoloq bildirib ki, sülh razılaşması olacağı təqdirdə yolun açılması sürətlənə bilər.“Hazırda buna mane olan dövlət İrandır. Rusiya da dəhlizin açılmasını istəyir. Sadəcə öz nəzarətində olmasını istəyir ki, bununla da Azərbaycan və Ermənistan razılaşa biməz. Eyni zamanda Ermənistan da özü nəzarət etmək niyyətindədir. Azərbaycanın isə məntiqi budur ki, Zəngəzur Orta Dəhliz layihəsinin bir hissəsidir. Rusiya alternativ dəhlizə nəzarət edərsə, bu, Türk dəhlizi kimi qələmə verilən nəqliyyat layihəsinə böyük problemlər yarada bilər.Hesab edirəm ki, gündəmdə olan əsas məsələ sülh sazişinin mətnini razılaşdırmaqdır. Hər iki tərəf mətnin böyük hissəsinin razılaşdırıldığını bildirir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
dia-az.info

1Mənbələr