AZ

Şadlıq sarayının Elman Rüstəmova məxsus olmasının müğənninin döyülməsinə nə dəxli var axı? - HƏQİQƏTƏN DƏ...

"Bir neçə gündür ki, media əhli, sosial şəbəkə camaatı müğənni Kərimin toyda fonoqram oxuduğu və toyu tez bitirdiyi üçün döyüldüyündən yazır. Döyənlər də tutulub". Dia-az.İnfo bildirir ki, bunu hadisə ilə bağlı açıqlamasında tanınmış telejurnalist Afət Telmanqızı qeyd edib."İndi keçiblər şadlıq sarayı bu məmurun imiş araşdırmasına..." deyə etirazını ifadə edən jurnalist daha sonra bildirir: "Ay başınıza fırlanım. Şadlıq sarayının keçmiş Baş Bankir Elman Rüstəmova məxsus olmasının müğənninin döyülməsinə nə dəxli var axı? Şadlıq sarayı başqa şəxsə məsələn, adi sahibkara məxsus olsaydı Kərim döyülməyəcəkdi? Gələk döyülmə faktına. Şiddəti pisləyirəm. Döyülmə də içində. Amma insaf da yaxşı şeydi. Ay müğənni toy sahibi ilə danışığın necə olub? Fonoqramaya görə məbləğ danışmamısan axı. Canlı ifa üçün sənə o pul ödənilib. Xaltura edəcəkdinsə, ona uyğun pul danışardınız.İndi də belə şüvən salmazdın. Arada sən döyüldün, bir neçə nəfər də saxlanıldı. Sənə lazım idi? Amma bu dərsdən nəticə çıxarmaq lazımdı. Sonra da deyirsən ki polisə güvənirəm. Haqq, ədalət yerini tapacaq. Sən özün bu məsələdə haqlısanmı? Sənə verilən haqqa( pula) layiq davrandınmı? Toyu tez bitirib mən aeroportda olmalıyam deyib şələ-şüləni yığıb qaçanda xəstəxanadan paylaşım edəcəyini düşünməliydin..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
dia-az.info

2Mənbələr