AZ

İcra hakimiyyətləri ləğv olunmalı deyil... ƏKSİNƏ: səlahiyyətləri artırılmalıdır... - ÇAĞIRIŞ

Azərbaycanda yerli icra hakimiyyətlərinin səlahiyyətləri artırılmalıdır.Bunu TNS-ə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.O bildirib ki, Azərbaycanda bələdiyyə institutunun vəziyyəti normal olmadığı üçün icra hakimiyyətlərinə əlavə səlahiyyət verilməlidir: "Mən əvvəllər düşünürdüm ki, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır, icra hakimiyyətlərinin səlahiyyətlərinin bəziləri bələdiyyəyə verilməlidir. Amma indi baxıram ki, Azərbaycanda idarəetmənin əsas sütunu, yerlərdə xaosun yaranmamasının səbəbi icra hakimiyyətlərinin varlığıdır: "İcra hakimiyyətlərinin səlahiyyətləri olanda ölkədə bu qədər qarışıqlıq yox idi, problemlər tökülüb qalmırdı. Səlahiyyətləri azalandan sonra problemlər artdı. İcra hakimiyyətləri hazırda yerlərdə hansısa bir təşəbbüsü həyata keçirmək səlahiyyətinə malik deyil. Ona görə də icra hakimiyyətlərinin səlahiyyətlərini artırmaq, başqa qurumlardan səlahiyyətləri alıb icra hakimiyyətlərinə vermək lazımdır ki, yerlərdə vətəndaşın problemi həll olunsun. Bu qurumların təsiri olmadığından yerlərdə çoxsaylı problem yığılıb. Nəticədə yerlərdə xaos yaranır. Ona görə də mən icra hakimiyyətlərinin ləğvinin tərəfdarı deyiləm. Əksinə, səlahiyyətləri artırılsın".F. Mustafa deyib ki, hazırda yerlərdə icra başçılarının nüfuzu da aşağıdır: "Bunun nəticəsində idarəetmədə çox ciddi nöqsanlar ortaya çıxıb. İcra hakimiyyətləri əvvəl müdaxilə etdikləri məsələlərə indi qarışa bilmir. Bu da ciddi siqnaldır.Faktiki olaraq, bələdiyyələr, icra hakimiyyətləri ölü vəziyyətdədir. Səlahiyyətlər isə ayrı-ayrı dövlət qurumları arasında bölünüb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
dia-az.info

1Mənbələr