AZ

Tbilisi meri: "Gürcü xalqı iləhəyasızcasına rəftar edənlərin hamısı düşməndir"

Gürcü xalqı ilə həyasızcasına rəftar edən, bu tip bəyanatlar verənlərin hamısı bizə düşməndir. Heç bir fərqi yoxdur, bu, senator və ya başqası olsun. Bu cür sözlərlə Gürcüstanın adını çəkənlərin özləri dələduzdur.

Gundem.az xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze deyib.

O həmçinin ABŞ senatorunu düşmən adlandırıb.

Qeyd edək ki, dünən Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra baş verənləri müzakirə edən senator Cim Riş demişdi ki, oktyabrda gürcü xalqı “əclafları qovub öz gələcəyini öz əllərinə almaq imkanı əldə edəcək".

Seçilən
11
1
gundem.az

2Mənbələr