AZ

Meymunçiçəyi üçün ilk peyvənd təsdiqləndi: İlk kimlərə vurulacaq?

ÜST meymunçiçəyi xəstəliyinə qarşı ilk peyvəndi təsdiqləyib.

Danimarkalı istehsalçı "Bavarian Nordic A/S" tərəfindən istehsal edilən MVA-BN peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiyasından keçib və meymunçiçəyi xəstəliyinə qarşı təsdiq edilən ilk preparat olub.

Olaylar bildirir ki, bu barədə sentyabrın 13-də ÜST-ün saytında məlumat verilib.

"ÜST elan edib ki, MVA-BN peyvəndi onun ilkin kvalifikasiya siyahısına daxil ediləcək ilk çiçək əleyhinə peyvənd olacaq", - sənəddə qeyd olunub.

Təşkilatın məlumatına görə, MVA-BN peyvəndi yoluxma riski yüksək olan 18 yaşdan yuxarı şəxslərin müalicəsində istifadə edilə bilər.

"Peyvənd dörd həftə intervalla iki doza şəklində inyeksiya kimi tətbiq edilir. Hazırda MVA-BN peyvəndi 18 yaşdan kiçik şəxslər üçün lisenziyalaşdırılmasa da, körpələr, uşaqlar və yeniyetmələr, həmçinin hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün "təyinatdan kənar" istifadə edilə bilər", - bəyanatda qeyd olunub. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
11
olaylar.az

10Mənbələr