Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniya 2-ci bundesliqasında debüt edə bilər.
Sportinfo.az xəbər verir ki, “Nurnberq”in 27 yaşlı hücumçusu “Ulm 1846”ə qarşı keçiriləcək 5-ci turun oyununun iştirak ərizəsində yer alıb.
Onun adı ehtiyat oyunçular sırasına salınıb.
M.Emreli zədəsi səbəbindən bundan öncəki oyunları buraxmaq məcburiyyətində qalıb.
“Ulm 1846” - “Nürnberq” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Hazırda “Nürnberq” 4 oyundan 4 xalla 18 komanda arasında 13-cü yeri tutur. Onun bugünkü rəqibi “Ulm” isə 4 matçdan 1 xalla 16-cı pillədə qərarlaşıb.