“Qərbdə Rusiyanın dərinliklərinə zərbələr endirmək qərarı artıq qəbul edilib”.“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov BRİKS media sammiti çərçivəsində deyib.Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Britaniya “Ukrayna ətrafında vəziyyəti zəif idarə olunan eskalasiya mərhələsinə aparır”.Bununla da uzun müddət Ukraynanın şəhərlərini cəzasız şəkildə bombalamaq lüksü ilə yaşayan Rusiya öz dərinliklərinə cavab zərbələri endirilməsi reallığı ilə üz-üzə qaldığını etiraf edib. Ryabkov buna görə Putinin də dediyi kimi, Rusiyanın daha sərt addımlar atmalı olacağına eyham vurub: “Rusiya Federasiyasının eskalasiya təhlükəsi ilə bağlı Qərbə verdiyi şifahi siqnalların heç bir təsiri yoxdur, bu isə siqnalın xarakterini dəyişdirmək zərurətindən xəbər verir. Rusiyanın opponentlərinin siyasi və hərbi rəhbərliyi onların məsuliyyətsiz hərəkətlərinin nəticələrinin ağırlığını ölçməlidir”.Rusiyada Qərbi bu qərarına görə təhdid edənlərin sırası böyüdükcə böyüyür. Vladimir Putinin bundan öncəki təhdidlərinə Dmitri Medvedev də qoşulub: “Heç kimə nüvə münaqişəsi lazım deyil. Bu, çox ağır nəticələrə gətirən çox pis bir hekayədir. Məhz buna görə də indiyədək nüvə silahından (qeyri-strateji və hətta strateji) istifadə etmək qərarı verilməyib. Düzünü desəm, bundan ötrü bütün dünya ictimaiyyəti üçün başa düşülən və bizim nüvə doktrinamıza uyğun olan formal ilkin şərtlər var. Məsələn, Kursk. Amma Rusiya səbr nümayiş etdirir. Axı, aydındır ki, nüvə cavabı geri dönməz nəticələri olan son dərəcə çətin bir qərardır. Bununla belə, anqlo-sakson axmaqları bir şeyi qəbul etmək istəmirlər: istənilən səbrin sonu var”. Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Andrey Kolesnik isə Qərbi qorxutmaq üçün Rusiya Federasiyası ərazisində nüvə bombası partlatmağı təklif edib: “Bir çox xarici siyasətçilər nüvə silahının yaratdığı təhlükəni unutmağa başlayıblar və Rusiya bu təhlükəni dünyaya xatırlatmalıdır”. O, deyib ki, bunun üçün Rusiya ərazisindəki poliqonların birində uzun illərdir qadağa qoyulan nüvə sınağı keçirmək lazımdır.Ancaq Qərb hələ ki, bütün bu təhdidlərə qarşı özünü soyuqqanlı göstərməyə çalışır. Məsələn, Kanadanın Baş naziri Castin Trüdo deyib ki, Ukrayna Rusiyanın mülki hədəflərə zərbələrinin qarşısını almaq üçün uzaqmənzilli silahlardan istifadə edə bilməlidir. O, Moskvanın NATO-nu münaqişəyə cəlb etmək təhdidlərinə baxmayaraq, Kanadanın bu məsələdə “Ukraynanı tam dəstəklədiyini” vurğulayıb. Trüdo hesab edir ki, Ukrayna Rusiya işğalına qarşı mübarizədə qalib gəlməlidir, əks halda bu, digər böyük ölkələri “qonşularını udmağa” həvəsləndirəcək. Eynilə, əksər Qərb ölkələri rəhbərləri və diplomatları Ukraynaya bu məsələdə dəstək mesajlarını artırıblar.Məlum olduğu kimi, Co Bayden isə Putinin son təhdidlərinə “Putin haqqında çox düşünmürəm”, - deyə cavab verib. Baydenin bunu deyərkən nə dərəcədə ciddi olduğu Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsi reallaşdıqda(reallaşarsa) məlum olacaq...C.Məmmədov
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta