Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya 2-ci bundesliqasında 5-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda“Nürnberq” “Ulm 1846”nın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
M.Emreli görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Beləliklə, onun yeni klubunda debütü baş tutmayıb.
Hazırda "Nürnberq" 7 xalla 11-ci yerdədir.
“Ulm 1846” - "Nürnberq" 1:2
Qollar: Telaloviç, 51 (1:0), Tzimas, 64 (1:1), Duman, 90+9-pen. (1:2)
Qırmızı vərəqə: Tzimas, 90+10 ("Nürnberq")