AZ

Klub rəhbərinin oğlundan MÖHTƏŞƏM QOL - VİDEO+FOTOLAR

II Liqada ikinci tur arxada qalıb.

«Şəfa» növbəti qələbəsini «Dinamo» üzərində qeyd edib.

Ötənilki heyətdənheç kimi düşərgəsində saxlamayan, tamamilə yenilənən komanda çempionatın ən zəif iştirakçılarından birinin müqavimətini ikinci hissədə qırıb. Halbuki fasiləyə qədər onlar «Dinamo»nun cərimə meydançası önündən çəkinmir, qol epizodlarını sapa düzürdülər. Yalnız Ceyhun Cavadov hədəfə düşə bildi, bu da 57-ci dəqiqədə baş verdi. Hesab açılandan sonra irəli atılan «polislər»inmüdafiə xəttində daha çox boşluqlar tapan «Şəfa» fərqi 3 qol həddinə çatdırdı. Doğrudan da, nominal ev sahibləri qonaqların hücumları qarşısında aciz görünürdü. Sanki bu komandada Valeh Seyidovdan savayı futbolçu yoxdur. Matçda yekun nöqtəni də o qoydu. Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu əsl hücumçu bacarığını 89-cu dəqiqədə gözlər önünə sərdi. Sağ cinahda topu ələ keçirən Valeh təqribən 30 metr məsafədən qapıya birbaşa zərbə endirdi. Qol, nə qol! Bəh-bəh… Seyidovun sezonun qoluna imza atdığını çəkinmədən söyləyə bilərik.

SPORTİNFO.AZ

“Neftçi Futbol Mərkəzi” (IV meydança). 70 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Əlisa İsayev, 36 (qeyri-idman hərəkəti); Valeh Seyidov, 65 (qeyri-idman hərəkəti) // Ceyhun Cavadov, 65 (qeyri-idman hərəkəti)
Qollar: Valeh Seyidov, 89 // Ceyhun Cavadov, 57; İbrahim Aslanlı, 60; Nurlan Şabanov, 85
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Dinamo”

12. Elmin Qaçaylı
6. Ramal Əhmədov
3. Nicat Əskərov
20. Valeh Seyidov (k)
14. Əlisa İsayev
(5. Cavid Məmmədov, 79)
10. Ziya Məmmədli
(7. Əkbər Səfərzadə, 66)
18. Aydın İsxanzadə
8. Uğur Sayıllı
(24. Elvin Məmmədov, 61)
17. Fizuli Dəmirov
(22. Fərid Quliyev, 79)
44. Əli Məmmədli
88. Aqil Hüseynzadə
(2. Nihad Mahmudzadə, 66)
Ehtiyat oyunçular:
1. İbrahim Bağırov
99. Kənan Əlizadə
4. Qürbət Əhmədov
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani

“Şəfa”

1. Vaqif Şirinbəyov
23. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
21. Novruz Məmmədov
9. Röyal Nəcəfov (k)
(11. Nurlan Şabanov, 84)
88. Aqşin Paşayev
(8. Elçin Rəhimli, 84)
6. Ceyhun Cavadov
(28. Ülvi Quliyev, 69)
17. Hüseyn Əliyev
34. Elmin Əskərli
(97. Cavad Bağırov, 69)
20. Haqverdi Həsənov
(10. Rauf Məhərrəmov, 33)
77. İbrahim Aslanlı
Ehtiyat oyunçular:
12. Rafiq Həsənov
22. Tural Nərimanov
70. Elgün Abbaslı
27. Gülalı Mehrəliyev
99. Muhəmməd Məmmədli
18. Rəsul Əliyev
Baş məşqçi: Nadir Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sportinfo.az

1Mənbələr