“Qalatasaray” Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Bu transfer üçün İstanbul nəhənginin kassasından 6 milyon avro çıxıb. Macarıstanlı futbolçu “sarı-qırmızılılar”ın heyətində illik 2,5 milyon avro qazanacaq.
Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın “Frayburq” klubunda çıxış edib.