Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb.
İNFOAZ.WS xəbər verir ki, Narinin nə gördüyü və niyə öldürüldüyü sualı hələ də cavabsız qalıb.
İstintaq sayəsində əldə edilən son ipuclarına əsasən, ən çox ehtimal olunan ssenari isə kiçik qızın böyük qardaşı Enes Güran ilə əmisi oğlunu uyğun olmayan vəziyyətdə gördüyü üçün öldürüldüyüdür.
Narinin yoxa çıxdığı gün tövlədən gələn səsləri eşitdiyi və böyük qardaşı Enes Güran ilə əmisi oğlunu (Səlim Güranın oğlu) uyğun olmayan vəziyyətdə gördüyü, bundan sonra qardaşının onu əli ilə boğduğu ehtimal edilir.
GPRS qeydlərinə görə, anası Yüksel və baldız Hediye Güran hadisə yerinə gələrək Enesə mane olmağa çalışıblar. Ana Yüksel Güran oğlu Enesin qolunu dişləyib. Daha sonra əmi, muhtar Selim Güran hadisə yerinə çağırılıb. Selim Güran isə Nevzat Bahtiyara zəng edərək Narini ölü və ya huşsuz şəkildə ona verib.
Qeyd edək ki, Nevzat Bahtiyar uşağın meyitini pul qarşılığında gizlətdiyinə görə həbs edilib. /Publika.az